Heç bir məktəbə ziyan dəyməyib - Rəsmi məlumat

5 Mart, 2026 - 12:48
Heç bir məktəbə ziyan dəyməyib

“İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib”. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib. 

O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: “Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.