"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı"na qeydiyyat başladı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi 2026-2027-ci tədris ili üzrə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" üzrə müraciətlərin qəbuluna start verib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin son tarixi 15 aprel 2026-cı ildir.
Qeyd edək ki, nüfuzlu təqaüd proqramı xarici tələbələrə Azərbaycanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı yaradır.
Namizədlər ərizələrini öz ölkələrindəki müvafiq dövlət qurumları (nazirliklər, səfirliklər və s.) vasitəsilə təqdim etməlidirlər.
Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür: https://lnkd.in/dcfw9xUb



