ICESCO Gənc Peşəkarlar Proqramına qəbul elan edir

16 Yanvar, 2025 - 17:45
ICESCO Gənc Peşəkarlar Proqramına qəbul elan edir
ICESCO Gənc Peşəkarlar Proqramına qəbul elan edir

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 2025-ci il üçün Gənc Peşəkarlar Proqramına müraciətlərin qəbulunu elan edir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 24 ay müddətində davam edən proqram ICESCO-nun strateji istiqamətləri çərçivəsində həyata keçirilir. Proqram gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək, məsuliyyətli və peşəkar nəsil yetişdirmək və İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrini inkişaf etdirməyi hədəfləyir.

Ətraflı məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.

Elan: https://htp.edu.az/.../aa7c2a22c49b44b3a521b5801b9ffc08.pdf