İmtahanlara hazırlaşanların DiQQƏTİNƏ!
Summativ qiymətləndirmələrə hazırlaşan məktəblilər, buraxılış, qəbul, magistratura və rezidentura imtahanlarına hazırlaşan abituriyent və tələbələr, eləcə də MİQ, müəllimlərin sertifikatlaşdırılması və dövlət qulluğu imtahanlarına hazırlaşan namizədlər üçün Azərbaycanın Test Platforması – ATP.AZ istifadəyə verilib.
Platforma istifadəçilərə müxtəlif istiqamətlər üzrə biliklərini yoxlamaq, nəticələrini analiz etmək və imtahanlara sistemli şəkildə hazırlaşmaq imkanı təqdim edir. İştirakçılar ənənəvi testlərlə yanaşı, dinləmə bacarıqları və məntiqi həll tələb edən tapşırıqlarla da özlərini sınaya bilərlər.
Minlərlə test və real imtahan mühiti
ATP.AZ portalında müxtəlif istiqamətlər üzrə yüzlərlə test tapşırığı mövcuddur və daim yenilənir, təkmilləşdirilir. Suallar mövcud imtahan proqramlarına uyğun hazırlanır və sınaqlar real imtahan modelinə əsaslanır.
Platformada hansı üstünlüklər var?
İmtahan bitdikdə dərhal nəticənin və buraxılan səhvlərin təhlili;
Fərdi inkişaf statistikasının izlənilməsi;
Platforma üzrə reytinq cədvəli vasitəsilə digər iştirakçılarla nəticələrin müqayisəsi;
İstənilən cihazdan rahat giriş imkanı verən mobil uyğun interfeys;
Qeydiyyatdan keçən bütün istifadəçilər üçün ilk sınaq ödənişsizdir;
"WhatsApp" vasitəsilə operativ texniki və metodiki dəstək.
Hər ay yenilənən sınaq imtahanlarından biri istifadəçilərə pulsuz təqdim olunur.
Sınaqlarda 75 faiz və daha yüksək nəticə əldə edən iştirakçılara ATP.AZ-ın rəsmi sertifikatı təqdim olunur. Saytda həmçinin VİP və Premium qeydiyyat imkanı mövcuddur və bu kateqoriyalardan olan istifadəçilərə xüsusi güzəştlər təqdim olunur.
Aktiv istifadəçilərə hədiyyələr və onlayn dəstək
Platformada aktivlik göstərən istifadəçilər üçün müxtəlif hədiyyələr – notebook, planşet, iPhone, məktəbli ləvazimatları və xüsusi bonuslar nəzərdə tutulub. Bundan əlavə, istifadəçilər WhatsApp üzərindən operativ texniki və metodiki dəstək ala bilirlər.
Mobil uyğun interfeysi sayəsində ATP.AZ-dan istənilən vaxt və istənilən cihaz vasitəsilə istifadə etmək mümkündür.
Qeydiyyat üçün keçid: https://atp.az/register



