İqrar Nəzərov: İlk prioritetlərdən biri təhsilin ixracı olub

17 Noyabr, 2025 - 12:08
İqrar Nəzərov: İlk prioritetlərdən biri təhsilin ixracı olub

“STEAM Azərbaycan layihəsi 300 mindən çox şagirdi, 400-dən çox məktəbi özündə birləşdirir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov SAF 2025-in açılışında deyib. 

O bildirib ki, layihə başlanğıc mərhələdə 41 məktəb və 60 şagirdi əhatə edib. Hazırda 400-dən çox ümumtəhsil müəssisəsində STEAM tədris olunur:

“Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.

STEAM tədrisinə və STEAM məzmununun yaradılmasına başlayarkən ilk prioritetlərdən biri də bu qısa müddətdə təhsilin ixracı olub. Artıq  Qazaxıstan, Özbəkistan və Türkmənistanda STEAM layihələrinin təlimlərinə və eyni zamanda iki STEAM İnnovasiya Mərkəzinin qurulmasına nail olunub. Türkmənistandakı mərkəz 20 saylı Heydər Əliyev adına məktəb-gimnaziyanın nəzdindəki “STEAM Azərbaycan Bişkek”dir. Özbəkistanda isə Abdulla Avloni adına Pedaqoji Ustalıq Universitetinin nəzdində “Sistem Azərbaycan Daşkənd”dir”. 

İqrar Nəzərov qeyd edib ki, festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-si 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə festivalda təmsil olunan ölkələrin sayı Azərbaycanla birgə 22-dir.