İranda 47 müəllim həbsdə və ya sürgündədir

7 Oktyabr, 2026 - 10:58
İranda 47 müəllim həbsdə və ya sürgündədir

İranda hazırda və ya əvvəllər müəllim kimi fəaliyyət göstərmiş ən azı 47 nəfər həbsdədir, saxlanılıb və ya sürgün cəzası çəkir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə HRANA – İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin Ümumdünya Müəllimlər Günü ilə bağlı hazırladığı hesabatda məlumat verilib.

Məlumata görə, həmin şəxslərdən 13-ü həbs cəzası çəkir, 32-si saxlanılıb, 2 nəfər isə məhkəmə qərarı ilə sürgün cəzasını məhkum edilib.

Hesabatda bildirilib ki, müəllimlərlə bağlı qeyd olunan hallar İranın 19 vilayətini əhatə edir.

Qeyd edək ki, Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də qeyd olunur. Bu gün 1994-cü ildən etibarən keçirilir və 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və UNESCO tərəfindən müəllimlərin statusuna dair tövsiyənin qəbul edilməsinin ildönümünə həsr olunub.

Sözügedən sənəddə müəllimlərin hüquq və vəzifələri, əmək şəraiti, məşğulluq şərtləri və müəllim hazırlığı ilə bağlı standartlar müəyyənləşdirilib.