İşğal dövründə çayların su ehtiyatı nə qədər azalıb? - TƏDQİQAT
“2017-2026-cı illəri əhatə edən müddətdə “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyətinin və dağ çayların sülb axımının tədqiqi “ mövzusunda elmi tədqiqat işləri yerinə yetirilir. Bu mövzu ilə bağlı 2017-2020 və 2021-2023 –cü illəri əhatə etməklə Naxçıvan Muxtar Respublikası ərazisi və Qarabağ ərazisi üzrə tədqiqatlar yerinə yetirilib”.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib.
Qeyd edilib ki, İnstitutun “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsində yerinə yetirilən elmi tədqiqat işləri Hazırda 2024-2026-cı illəri əhatə edən elmi-tədqiqat işi Kiçik Qafqazın şimal-şərq yamacı çaylarını əhatə edir. İqlim dəyişmələrinin çay su ehtiyatlarına təsiri ilə bağlı ərazi çaylarında illik axım həcmi 12-15% azalıb və çaylarda rejim dəyişkənliyi baş verdiyi müəyyən edilib:
“Bununla əlaqədar Qarabağ ərazi çaylarının işğal dövründə müşahidə aparılmayan çaylarının hidroloji su sərf sıraları bərpa edilib. Eyni zamanda peyk məlumatlarından və QİS texnologiyasından istifadə etməklə Qarabağ ərazi çaylarının su ehtiyatlarını qiymətləndirmək üçün yeni Kompleks su balans metodu işlənib”.
Məlum olub ki, işğal dövründə müşahidə aparılmayan zamanı ərazi çaylarının su ehtiyatları 2,13km3 –dən 1,84 km3-ə qədər azalıb. Ərazidə iqlim dəyişmələrinin təsirindən orta çoxillik temperaturların 1,10C artması və orta çoxillik yağıntıların 27 mm -ə qədər azalması müəyyən edilib.


