İstanbulda məktəblər 1 günlük bağlanıldı
Çərşənbə günü İstanbulda yağan güclü yağış daşqınlara səbəb olub. Nəticədə məktəblərin bağlanması, bəzi dövlət işçilərinin məzuniyyətə göndərilməsi barədə qərar qəbul edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, cümə axşamı günü təhsil müəssisələrində dərslər bir günlük dayandırılıb. Əlilliyi olan dövlət qulluqçuları və azyaşlı uşaqları olan analara isə bir günlük məzuniyyət verilib.
Sakinlərə zəruri hallar istisna olmaqla evdən çıxmamaq tövsiyə olunub. Zirzəmi mərtəbələrində yerləşən mənzillərdə yaşayan insanlara isə gecəni başqa yerdə keçirmək məsləhət görülüb.




