Kamal Abdulla: Multikulturalizm Azərbaycan xalqının tarixində öz əksini tapıb
“Multikulturalizm Azərbaycan xalqının tarixində, mədəniyyətində və ədəbiyyatında dərin köklərə malikdir. Bu anlayış yalnız müasir dövrdə meydana çıxmış bir termin deyil. Xalqımızın mənəvi dəyərlərində, ədəbiyyat tarixində mədəniyyətlərarası dialoqun izlərini hər zaman görmək mümkündür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin Akademik Forumunda Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla bildirib.
Onun sözlərinə görə, Azərbaycanın multiku lturalizm modeli beynəlxalq səviyyədə tanınır və müxtəlif xalqlar, gənclər və elm adamları arasında əlaqələrin inkişafına xidmət edir.
K.Abdulla multikulturalizmin mahiyyətinə də toxunub:
“Multikulturalizm termini bəziləri üçün yeni ola bilər. Lakin bir xalqın düşüncəsində, mənəvi dünyasında başqalarına hörmət, fərqli mədəniyyətləri qəbul etmək ənənəsi varsa, həmin xalq özünü digərlərindən üstün tutmursa, multikulturalizmin mahiyyəti də məhz budur”.




