Lənkəran məktəbi “Yaşıl dəyişikliklər” fotomüsabiqənin qalibi oldu

19 Noyabr, 2024 - 15:38

Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb peşə təmayüllü siniflərin olduğu təhsil müəssisələri arasında təşkil olunan “Yaşıl dəyişikliklər” fotomüsabiqəsində qalib olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb müsabiqədə 2-ci yerə layiq görülüb.

Müsabiqədə 1-ci yerin qalibi Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli, 3-cü yerin qalibi Bakı şəhəri 181 nömrəli tam orta məktəblər olub.

Bu müsabiqədə şagirdlər təbiət və ətraf mühitin qorunması istiqamətindəki dəyişiklikləri nümayiş etdirməyə çalışıblar.