Məktəblərdə narkotiklərin zərərləri ilə bağlı maarifləndirici tədbirlər keçirilir
Təhsil müəssisələrində narkotiklərin zərərləri ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ərazi polis orqanlarının rəisləri və əməkdaşları tərəfindən məktəblərdə keçirilən görüşlər zamanı şagirdlərə narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə yaratdığı təhlükələr barədə ətraflı məlumat verilir, onların zərərli vərdişlərdən uzaq durmasının vacibliyi diqqətə çatdırılır.
Məqsəd – gəncləri narkotiklərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzini təşviq etməkdir.




