Naxçıvan məktəbləri SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atıblar

21 Noyabr, 2025 - 10:26
Naxçıvan məktəbləri SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atıblar
Naxçıvan məktəbləri SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atıblar
Naxçıvan məktəbləri SAF 2025-də son 5 ilin ən böyük uğuruna imza atıblar

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) yekunlaşıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda iştirak edən Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 3 komanda  (dron, CNC Lazer kəsim və mühəndislik kateqoriyası) I yerin, 1 komanda (robot qayıq yarışları üzrə) II yerin, 4 komanda (xətt izləyən robot, robokids kids katoqoriyası üzrə)  III yerin olmaqla, ümumilikdə 8 komanda  qalib seçilib.

Məlumat üçün bildirək ki, ötən il Beynəlxalq STEAM Azərbaycan Festivalında I komanda qalib olub. Ümumilikdə isə 2021-ci ildən təşkil olunan festivalda komandalar üzrə iştirak və qalib sayına görə məktəblilər  SAF 2025-də son  5 ilin ən böyük  uğuruna imza atıblar.