Naxçıvanda icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılır
Naxçıvan Muxtar Respublikasında icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında MR Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov deyib.
Şöbə müdiri bildirib ki, hazırda muxtar respublikada 12 müəssisədə 25 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Qruplardan 5-i Ordubad, 3-ü Culfa, 2-si Şərur, 1-i Kəngərli rayonunda, 1-i isə Naxçıvan şəhərində yerləşir:"2026–2027-ci tədris ili üçün Babək rayonunda 6, Naxçıvan şəhərində 3, Kəngərli rayonunda 1, Culfa rayonunda 1, Ordubad rayonunda isə 1 icma əsaslı məktəbəqədər təhsil qrupunun yaradılması nəzərdə tutulur.
Yeni qrupların fəaliyyətə başlaması ilə məktəbəqədər təhsilə çıxış imkanlarının daha da genişləndirilməsi planlaşdırılır".




