Naxçıvanda məktəbdənkənar müəssisələr optimallaşdırılıb 

9 Sentyabr, 2026 - 11:14
Naxçıvanda məktəbdənkənar müəssisələr optimallaşdırılıb 

“2025-2026-cı tədris ilində Nazirliyin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin ştat srukturu və Nümunəvi nizamnəmələri təsdiq edilib. Aparılmış struktur islahatları nəticəsində məktəbdənkənar təhsil müəssisələrində qrupların sayı 1370-dən 917-yə, şagird kontingenti isə 15606-dan 10742-yə endirilərək, sözügedən müəssisələrdə qrupların və şagird kontingentinin faktiki göstəricilərə uyğunlaşdırılması təmin edilib”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxış edən Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev məlumat verib.

Nazir müvini bildirib ki, ümumilikdə 35 məktəbdənkənar təhsil müəssəsində 917 qrupda 10742 şagird, STEAM Təlim-Tədris Mərkəzində 15 qrupda 158 şagird təhsil alır:“Şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün 70-dən çox şagird seçilərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bp arasında bağlanan əməkdaşlıq sazişinə əsasən hazırlığı təmin ediləcəkdir.

Növbəti illər ərzində olimpiadalara şagird yetişdirmək məqsədilə muxtar respublikada çalışan 10-a yaxın müəllimin də kurslara qoşularaq hazırlığı təmin ediləcəkdir”.

Əli Vəliyev qeyd edib ki, növbəti tədris ilində məktəbdənkənar təhsil müəssiələrində əsas hədəflərdən biri sözügedən müəssisələrdə vakant olan direktor və direktor müavini vəzifələrinə işə qəbulla bağlı qaydaların təsdiqlənməsidir:  “Eyni zamanda STEAM təhsili sahəsində ölkə üzrə vahid sistemə keçid təmin ediləcəkdir”.