Naxçıvanda təhsil işçilərinin 70%-i qadındır

10 Mart, 2026 - 09:51
Naxçıvanda təhsil işçilərinin 70%-i qadındır

Muxtar Respublika əhalisinin 50,1%-ni qadınlar təşkil edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.

Komitə sədri bildirib, təhsil sahəsində işləyənlərin 70, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışanların 80, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların isə 62%-i qadındır: “Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36%-ni qadınlar təşkil edir. Eyni zamanda, MR-dan  1 qadın deputat Azərbaycan Respublikası Milli Məclisinə seçilib”.

Ramilə Seyidova qeyd edib ki,  hazırda bələdiyyə üzvlərinin 182 nəfərini qadındır.