Naxçıvanda uşaq birliyi təşkilatı rəhbəri üzrə işə qəbul imtahanı keçiriləcək
Martın 7-də saat 10:00-da Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçiriləcək.
Nazirlikdən “Azərbaycan müəllmi”nə verilən məlumata görə, test imtahında 29 yanvar- 13 fevral 2026-cı il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 343 namizədin iştirakı nəzərdə tutulur.
İmtahanda hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq və test suallarının cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılacaq.
Qeyd edək ki, müsabiqəyə təhsil müəssisələrində vakant olan uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə 20 vəzifə çıxarılıb.
Müsabiqə qrafiki ilə bağlı məlumat https://l24.im/zQCm97R inkində yerləşdirilib.



