Naxçıvanın peşə təhsili müəssisələrindəki vakant yerlər açıqlandı
Naxçıvan Muxtar Respublikası üzrə peşə təhsil müəssisələrində müəllimlərin işə qəbulu müsabiqəsinə aid vakant yerlər açıqlanıb.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıan Dövlət Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseyləri üzrə 9 vakant yer müsabiqəyə çıxarılıb.
Namizədlər vakant vəzifələrlə https://l24.im/mdnV1Ek linkdən tanış ola bilərlər:




