NDU-da "Elm aylığı" keçirilir

6 Mart, 2026 - 10:27
NDU-da "Elm aylığı" keçirilir

NDU-da 27 Mart – Elm Gününə həsr olunmuş “Elm Aylığı 2026” çərçivəsində “Elmdə Müasir Çağırışlar və İnnovativlik” mövzusunda elmi-praktik konfransın açılış mərasimi olub.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbirdən əvvəl magistrantların dissertasiya, monoqrafiya və metodik vəsaitlərindən ibarət sərgiyə baxış olub.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Universitetin rektoru Elbrus İsayev çıxışında bildirib ki, müasir dövrdə elm artıq əsas güc amilinə çevrilib və əvvəlki dövrlərdən fərqli olaraq bu gün inkişafın aparıcı qüvvəsi məhz elmdir. Rektor ölkə başçısının milli mentalitetin qorunması, multikulturalizm, süni intellekt və rəqəmsallaşma strategiyası ilə bağlı çağırışlarını xatırladaraq yeni elmi yanaşmaların formalaşdırılmasının vacibliyini vurğulayıb.

Çıxışının sonunda Elbrus İsayev gənclərə elmlə bağlı bir sıra tövsiyələr verib və elmlə məşğul olan şəxsləri təbrik edərək onlara yeni elmi nailiyyətlər arzulayıb.

Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov “Elmdə müasir çağırışlar: yeni strategiyalar və trendlər” mövzusunda çıxış edərək qlobal elmi mühitdə baş verən dəyişikliklərdən, innovasiya əsaslı inkişaf modelinin əhəmiyyətindən və rəqəmsal transformasiyanın elmə təsirindən danışıb. Prorektor həmçinin universitetdə elmi tədqiqatların keyfiyyətinin artırılması, innovativ layihələrin təşviqi və gənc tədqiqatçıların potensialının dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev “Elmdə keyfiyyət axtarışı, dayanıqlılıq, məsuliyyət və dürüstlük” mövzusunda, “İqtisadiyyat və marketinq” kafedrasının müdiri Eltun İbrahimov isə “Elm və biznes mühiti: sənaye əsaslı tədqiqatlar” barədə məruzə ilə çıxış ediblər. Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə də öz növbəsində “Tələbə elmi tədqiqatlarında mövcud reallıqlar, yeni çağırışlar və islahat istiqamətləri” mövzusunda fikirlərini bölüşüb.

Bədii hissədə Magistratura və doktorantura mərkəzinin incəsənət sahəsi üzrə magistratura pilləsində təhsil alan tələbələrinin ifasında Sevda Məmmədlinin “Memories”, Astor Piazzollanın “Libertango”, Ramiz Mirişlinin “Bir könül sındırmışam” və digər musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, 4–27 mart tarixləri arasında davam edəcək konfrans müxtəlif mövzular ətrafında 4 panel üzrə müzakirə olunacaq. Eyni zamanda “Elm Aylığı” çərçivəsində elmi tədqiqat bacarıqlarının inkişafına dair akademik təlimlərin təşkili nəzərdə tutulur.

NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir
NDU-da "Elm aylığı" keçirilir