NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib

5 Noyabr, 2025 - 17:18
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib
NDU-da “Zəfər irsi” adlı konfrans keçirilib

Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 

Konfransda dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov açılış nitqi ilə çıxış edərək, Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsinin məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib: “Beş il öncə qazanılmış tarixi Zəfər sadəcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün dünyaya sahib olduğumuz əsl gücü nümayiş etdirdi”,- deyə qeyd edib. Baş nazir əlamətdar gün ilə bağlı keçirilən konfransı tarixi qələbəni gələcək nəsillərə milli irs, vətənpərvərlik və strateji düşüncə nümunəsi kimi ötürülməsi yollarını müəyyənləşdirmək, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərini, iqtisadi inkişaf imkanlarını və “post-müharibə dövrü” strategiyalarını təhlil etməyə yönəlmiş olduqca önəmli elmi mübadilə platforması adlandırıb. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ən böyük Qələbəmiz kimi tarixə əbədi həkk olunub və beşinci ildir ki, 8 Noyabr - Zəfər Gününü milli qürur duyğusu ilə qeyd edirik. Bu möhtəşəm Zəfərə ötən illər ərzində ölkədə iqtisadi, siyasi, təhsil, ordu quruculuğu və ideoloji sahədə müəyyənləşdirilən hədəflərin zəmin yaratdığını diqqətə çatdıran rektor vurğulayıb ki, Azərbaycan dünyaya hər zaman  sülh, sabitlik, inkişaf, əməkdaşlıq kimi təməl prinsipləri əsas tutan beynəlxalq aləmdə öz imzası ilə seçilən etibarlı tərəfdaş olduğunu sübut etdi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev, millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, AMEA Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə də çıxış edib, 8 Noyabr - Zəfər Gününün tarixi-siyasi önəmindən danışıb, regiona gətirdiyi yeni perspektivlərə diqqət çəkiblər.  

Konfransın rəsmi hissəsi başa çatdıqdan sonra Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin ifasında konsret proqramı  təqdim olunub. 

Sonra konfrans öz işini  “Zəfər tarixi və hərbi siyasi irs”, “Tarixi zəfərdən sonra: iqtisadiyyat və yenidənqurma”, “Tarixi zəfərimz mediada”, “Müharibə və sülh proseslərində beynəlxalq hüququn tətbiqi” mövzularında panel müzakirələrlə davam etdirib.