Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Yaşar Ömərov universitetin kollektivinə təqdim edilib.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
Təqdimat çərçivəsində nazir müavini ATU professorlarının təkliflərini dinləyib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)