Bütün xəbərlər
16 may, 10:24

Mayın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda açıq dərs formatında tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev iştirak ediblər.

Tədbir iştirakçıları öncə Aİİ nəzdində fəaliyyət göstərən “İslam incəsənəti” dərnəyi tərəfindən hazırlanmış “Ailə dəyərləri İslam incəsənətinin gözü ilə” sərgisi ilə tanış olublar.

Açıq dərs formatında davam edən tədbirdə ali təhsil müəssisəsinin tələbələri İslamda ailə dəyərləri, uşaq tərbiyəsi, ailə institutunun ictimai əhəmiyyəti, erkən nikahın qarşısının alınmasında təhsilin rolu mövzularında təqdimatlarla çıxış ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tələbələrin nümunəvi çıxışlarını, xüsusilə aktual problemlərdən  olan erkən nikahın fəsadlarının qabardılmasını müsbət hal kimi dəyərləndirib. Gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyətin tərəqqisinə, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət kimi yetişdirilməsinin önəmli olduğunu diqqətə çatdırıb.  Komitə sədri açıq dərsin bu formatda keçirilməsinin tələbələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin çıxış etdikləri mövzuların aktuallığından danışaraq, cəmiyyətə ötürmək istədikləri mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, tələbələr təqdimatlarında ənənə və müasirliyi bir araya gətirərək, ailə dəyərlərimizi təqdim etdilər.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva tələbələrin çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mövzunun aktuallığını və həssaslığını nəzərə alsaq, belə bir açıq dərsin keçirilməsi təqdirəlayiqdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Aynur Sofiyeva tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri ictimai-sosial aktivliyin önəminə toxunaraq, dini sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının  vacibliyindən bəhs edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa müxtəlif ixtisaslar üzrə təhsil alan  tələbələrin fərqli mövzularda  araşdırmalarını, o cümlədən tədqiqatları zamanın tələbinə uyğunlaşdırmaq səylərini yüksək qiymətləndirib. Tələbələrin müstəqil şəkildə öz fikirlərini ifadə etmələrində esse müsabiqələrinin əhəmiyyətini vurğulayan millət vəkili gənclərə tövsiyələrini verib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov gənclərimizin milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin maarifləndirilməsi istiqamətində səylə çalışmalarının gələcək fəaliyyətlərində özünü biruzə verəcəyinə əminliyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev ailə institutunun qorunmasının fərdi, ictimai, eyni zamanda, dövlət məsələsi olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov çıxış edərək, tədbirdə iştirak edən dövlət və hökümət nümayəndələrinə təşəkkür edib. Tələbələrin açıq dərsdə sərbəst, səlis nitqinə, maraqlı təqdimatlarına görə minnətdarlığını bildirib. Qeyd edib ki, institutun əsas məqsədi Vətəninə, xalqına layiq, məntiqi təfəkkürü formalaşmış, zəngin dünyagörüşlü, yüksəkintellektli kadrların hazırlanmasıdır.

Tədbirdə “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri və iştirakçıları, həmçinin sərginin hazırlanmasında və açıq dərsdə fəallıq göstərənlər təltif olunublar.

1 /18

Şərhlər

Xəbər lenti

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

16 may, 15:20

“Kibertəhlükəsizlik və kibergigiyena” üzrə təlim keçirilib

16 may, 15:16

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

16 may, 14:39

“Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.