Bütün xəbərlər
12 mart, 15:51

Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada ölkəmizin universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi səfəri layihəsinin rəsmi açılış mərasimi keçirilib.

“Azərkosmos”dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə “Azərkosmos” İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov, İnsan resurslarının idarə edilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova, SABAH qrupları İcra Komitəsinin rəhbəri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova, KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov və iştirakçı universitetlərin SABAH mərkəzlərinin direktorları iştirak ediblər.

Layihə “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və “GUHEM” - Gökmen Uzay ve Havacılık Merkezinin dəstəyi ilə həyata keçiriləcək. Səfər müddətində, martın 14-dən 19-dək Azərbaycanın 14 universitetini təmsil edən 24 nəfərdən ibarət tələbə heyəti, gənc alim və təhsil işçiləri Türkiyənin müxtəlif aparıcı kosmos və aviasiya təşkilatları ilə tanış olacaq və bu sahələrdə təcrübə mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində tələbələr, Bursa şəhərində yerləşən “GUHEM”, “BUTEKOM”, Ankara şəhərində yerləşən Türkiyə Aerokosmik Agentliyi, “TürkSat” şirkəti, “STM” şirkəti, “HAVELSAN”, “TUBİTAK”, “PLAN-S”, Orta Doğu Texniki Universiteti, İstanbul şəhərində yerləşən “Baykar Teknoloji” (Bayraktar qrup) şirkəti, “TUSAŞ”, İstanbul Texnopark, Bilişim Vadisi və bir sıra digər tanınmış təhsil və texnologiya mərkəzlərində nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.

Layihənin məqsədi gənc mütəxəssislərin kosmos, aerokosmos və digər texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmaq, həmçinin beynəlxalq təcrübə mübadiləsi keçirərək, Azərbaycan gənclərinin sözügedən sahələrdə gələcəyin güclü mütəxəssisləri kimi inkişaf etmələrinə dəstək olmaq, bununla da Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına dəstək göstərməkdir.

Qeyd edək ki, “GUHEM” Bursa Ticarət və Sənaye Palatasının (BTSO) rəhbərliyi altında, Bursa Böyükşəhər Bələdiyyəsi və Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş 13 min kvadratmetr sahəyə sahib kosmik-innovasiya mərkəzidir.

1 /2

Şərhlər

Xəbər lenti

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.