Bütün xəbərlər
18 mart, 16:24

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq istiqamətində növbəti uğurlu addım ataraq, yeni bir strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. Universitetin nümayəndə heyəti, rektor professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Böyük Britaniyanın paytaxtı Londona işgüzar səfər edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfərin əsas məqsədi AzMİU ilə İngiltərənin nüfuzlu Vestminster Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində görülən işlərin müzakirəsi və yeni ikili diplom proqramlarının imzalanması olub. Bu məqsədlə Vestminster Universitetinin Memarlıq və Şəhərlər məktəbinin rəhbər şəxsləri ilə bir sıra məhsuldar görüşlər keçirilib, gələcək əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Səfərdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliyə Əliyeva və həmin kafedranın assistenti Aygün İmanova iştirak edib.
Görüşlər nəticəsində universitetlər arasında 2 yeni ikili diplom proqramı — "Memarlıq və şəhərsalma" və "Memarlıq və ətraf mühit dizaynı" üzrə müqavilələr imzalanıb. 

Səfər çərçivəsində, həmçinin artıq uğurla icra olunan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” magistr proqramı müzakirə edilib, gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub. 

Qeyd edək ki, 2023-cü ildə AzMİU ilə Vestminster Universiteti arasında imzalanan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisası üzrə ikili diplom müqaviləsi, universitetin beynəlxalq əməkdaşlıq sahəsindəki müvəffəqiyyətlərini daha da artırıb. İndi AzMİU-nun ikili diplom müqavilələrinin sayı ümumilikdə 11-ə çatır. Bu da tələbələrə həm yerli, həm də beynəlxalq səviyyədə yüksək keyfiyyətli təhsil alma imkanı təqdim edir. Proqramlar, eyni zamanda AzMİU-nun beynəlxalq təhsil mühiti ilə inteqrasiyasını artıraraq, ölkəmizin ali təhsil sisteminin beynəlxalq arenada tanınmasına və möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

Bu mühüm addımların AzMİU-nun beynəlxalq əməkdaşlığını daha da gücləndirəcəyi, tələbələrinə və müəllim heyətinə geniş perspektivlər açacağı, universiteti qlobal təhsil sahəsində daha da rəqabətli edəcəyi gözlənilir.

1 /3

Şərhlər

Xəbər lenti

18 mart, 18:00

Klinker kərpicinin yeni istehsal texnologiyası təqdim edilib

18 mart, 17:28

ADPU Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə əməkdaşlığa başlayır

18 mart, 16:02

AzMİU-da “Dayanıqlı mühəndislik” klubu yaradılıb

18 mart, 16:00

Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən ixtisaslaşmalar müəyyən edilib

18 mart, 15:58

Tələbələrə dayanıqlı inkişaf məqsədləri üzrə təlim keçirilib

18 mart, 15:56

ADNSU-da 2026-2030-cu illər üçün elmi-tədqiqat mövzuları müzakirə olunub

18 mart, 15:51

Azərbaycan dili üzrə sertifikasiya imtahanını kimlər və niyə verəcək?

18 mart, 15:30

Rektor: Təhsil proqramları hazırlanarkən beynəlxalq təcrübənin kor-koranə tətbiqinin tərəfdarı deyiləm

18 mart, 15:30

Məktəblilər diabet xəstələrinə kömək edən qurğu hazırlayıblar

18 mart, 15:22

ADPU tələbləri üçün "Baharın rəngli sehrləri" adlı master-klas keçirilib

18 mart, 15:18

“Elm və təhsil cəmiyyət üçün həssas bir məsələdir” – Rəy

18 mart, 14:04

Elbrus İsayev: Universitetin akademik heyətinin 10 faizi əcnəbi professorlardır

18 mart, 13:30

Rektor: Əməkdaşların elmmetrik bazalara qeydiyyatında ciddi artım qeydə alınıb

18 mart, 13:15

Cəlil Bağırov: Peşə təhsilinin ənənəvi qaydalarından kənara çıxmağa çalışırıq

18 mart, 13:13

Körpələriniz niyə ağlayır? – Cavabı şagirdlərin hazırladığı xüsusi cihaz deyəcək

18 mart, 13:10

Məktəblilər arasında proqramlaşdırma müsabiqəsinə başlanılır

18 mart, 13:00

NDU-da 2000-ə yaxın əcnəbi tələbə təhsil alır

18 mart, 12:51

Dərmanın qəbul vaxtını qutu xatırladır - Şagirdlərdən maraqlı layihə

18 mart, 12:33

Bağça və məktəblərə işə qəbul üçün qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.