Bütün xəbərlər
16 may, 10:54

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində Beynəlxalq ortaq təhsil proqramları sektorunun təşəbbüsü ilə xüsusi seminar təşkil edilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda Orhun Mübadilə Proqramı çərçivəsində AzMİU-da qonaq olan Ege Universitetinin Landşaft Memarlığı kafedrasının aparıcı mütəxəssisləri – professor Emine Malkoç True və professor Erhan Vecdi Küçükerbaş tərəfindən təqdimatlar həyata keçirilib.

Seminarda Memarlıq fakültəsinin tələbə və müəllim heyəti ilə yanaşı SABAH Mərkəzinin tələbələri də iştirak ediblər. 

Əsas mövzusu "Şəhərsalma layihələri üzrə Ege Universitetinin təcrübələri"nə həsr olunub. Təqdimatlar zamanı qonaqlar İzmir şəhərinin şəhərsalma siyasəti fonunda həyata keçirilən innovativ yanaşmalar barədə  məlumat veriblər. Xüsusilə, yaşayış parkları və İzmirin şəhər kənarında yerləşən təbii və kənd ərazilərinin qorunması, təşviqi və şəhərlə inteqrasiyası istiqamətində görülən işlərə nəzər salınıb. 

Qeyd olunan layihələrin əsas məqsədi – ekosistemin qorunması, kənd təsərrüfatı istehsalının davamlılığı və rekreasiya imkanlarının genişləndirilməsi kimi strateji hədəfləri bir araya gətirməkdir. Bu baxımdan Ege Universitetinin həyata keçirdiyi şəhərsalma layihələri həm nəzəri, həm də praktiki baxımdan gələcək memarlar və planlaşdırıcılar üçün dəyərli nümunə kimi təqdim olunub.

Seminarda Flamingo Təbiət Parkı layihəsi üzərində çox dayanılıb. Bu nümunə vasitəsilə ictimai məkanların təbiətə uyğun dizayn prinsipləri, insanların ekoloji sistemlə harmoniyada yaşaması və şəhərsalmada davamlılıq ideyalarının tətbiqi geniş şəkildə auditoriyaya izah edilib.

Seminar interaktiv diskussiya formatında davam edib,  tələbə və müəllimlər türkiyəli professorlara mövzu ilə bağlı suallarını ünvanlayıb, layihənin texniki və sosial aspektləri üzərində fikir mübadiləsi aparıblar

Qeyd etmək lazımdır ki, Orhun mübadilə proqramı AzMİU-da beynəlxalq əməkdaşlığın və praktik bilik mübadiləsinin inkişafına əhəmiyyətli töhfə verir.

1 /5

Şərhlər

Xəbər lenti

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

16 may, 15:20

“Kibertəhlükəsizlik və kibergigiyena” üzrə təlim keçirilib

16 may, 15:16

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

16 may, 14:39

“Dayanıqlı Şəhər Layihəsi” üzrə multidisiplinar təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.