Bütün xəbərlər
15 avqust, 10:23

Avqustun 14-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) sədri Araz Paşayevin ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitələrinin (THİK) və Həmkarlar İttifaqı Komitələrinin (HİK) sədrləri ilə görüşü keçirilib.

ETİHİ-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə 2025–2026-cı tədris ilində I kursa qəbul olunan tələbələrin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi və bu istiqamətdə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tələbələrin ittifaqa qoşulmasının onların sosial, təhsil və mədəni hüquqlarının müdafiəsində, həmçinin gələcək karyera imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, gənc üzvlərə yaradılacaq şərait, sosial-iqtisadi dəstək, təhsil, mədəniyyət, incəsənət, bədii yaradıcılıq və idman sahəsində göstəriləcək diqqət və qayğı barədə ətraflı məlumat verib.

Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında iştirakçıları yeni qəbul edilən tələbələrin ittifaqa cəlb olunması ilə bağlı təlimatlar və sənəd nümunələri ilə tanış edib.

Tədbirdə Respublika Komitəsinin son bir il ərzində həyata keçirdiyi fəaliyyətlər və qarşıdakı layihələr barədə ətraflı məlumat verilib. Araz Paşayev komitə sədrlərinə daha aktiv, şəffaf və üzvlərə operativ xidmət göstərmələri ilə bağlı tövsiyələrini çatdırıb.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, iştirakçıların sualları cavablandırılıb.

1 /5

Şərhlər

Xəbər lenti

18 avqust, 17:34

Ən çox hansı ixtisas üzrə oxuyanların kvalifikasiyası tanınmayıb?

18 avqust, 17:30

TKTA: Hacettepe və İstanbul universitetlərinin kvalifikasiyaları daha çox tanınıb

18 avqust, 17:22

Kanadada xarici tələbələr üçün iş saatları artırılır

18 avqust, 17:17

Türkiyədə əldə olunan kvalifikasiyaların neçə faizi tanınmayıb?

18 avqust, 17:10

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

18 avqust, 17:06

ADNSU tələbələri beynəlxalq yay düşərgəsində iştirak ediblər

18 avqust, 17:01

Qarabağ Universitetində keçirilən VII Türkoloji “Yay məktəbi” başa çatıb

18 avqust, 16:58

Rezidenturaya qəbul imtahanının nəticələri elan olunub

18 avqust, 16:55

Təhsil haqlarının artım səbəbi: Təhsil xərcləri, yoxsa iqtisadi şərtlər?

18 avqust, 16:45

Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər

18 avqust, 16:24

Bağçalara müdir vəzifəsinə işə qəbul üçün elektron sənəd qəbulu başlayıb

18 avqust, 16:18

Alim və tədqiqatçılar Şərqi Zəngəzur iqtisadi bölgəsində ekspedisiyada olublar

18 avqust, 15:59

Mütaliəyə maraq göstərənlər üçün müsabiqə keçirilir

18 avqust, 15:55

MDU-da Gənclər Forumu keçirilib

18 avqust, 15:46

Nazirlikdən "Məktəb avtobusları" ilə bağlı AÇIQLAMA

18 avqust, 15:27

18 sahə üzrə 52 nəfərə elmlər doktoru dərəcəsi verilib

18 avqust, 15:25

Naxçıvanda tədqiqatçılar üçün elmi konfrans keçiriləcək

18 avqust, 15:07

KAIST alimləri RNA vasitəsilə yaşlanmanı ləngidən mexanizmi aşkar ediblər

18 avqust, 14:33

Müəllimlik ixtisaslarının plan yerləri xeyli sayda azaldılıb – ARAŞDIRMA

18 avqust, 14:17

Vuhan Universitetində işıq texnologiyaları üzrə yeni elmi nailiyyət

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.