
“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur”.
Bu, Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna verilən cavabda qeyd edilib.
Bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, dünən Gəncə şəhərində məktəblinin bıçaqlanması ilə bağlı məlumat yayılmışdı.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər