Bütün xəbərlər
18 fevral, 17:30

24 yaşlı Fərəh Mohammed Azərbaycanda tibbi təhsil alan əcnəbi tələbələrdən biridir. Birləşmiş Ərəb Əmirliklərində anadan olan Fərəh hazırda Azərbaycan Tibb Universitetində III kursda oxuyur.

“Azərbaycan müəllimi”nin müsahibi olan Fərəh Mohammedlə söhbətimizə onun təhsil üçün ölkəmizi seçmə səbəbindən başladıq.

 - Fərəh, niyə təhsil üçün Azərbaycanı seçdiniz? 

 - Azərbaycana gəlmək mənim üçün asan oldu, çünki bura olduqca yaxındır— cəmi üç saatlıq uçuş məsafəsindədir. Artıq burada üç ildir ki, təhsil alıram, xüsusilə soyuq havanı çox sevirəm. 

Əslində, mən Ukraynada tibbi təhsil alırdım, amma müharibə başlayanda bizi oradan geri göndərdilər. Müharibənin tezliklə bitməyəcəyini bildiyimdən təhsilimi davam etdirmək üçün başqa ölkələr arasında seçim etməyə başladım. Araşdırma apardım, bir neçə yuxarı kurs tələbəsi ilə əlaqə saxladım, Gürcüstan, Qazaxıstan və Azərbaycan kimi ölkələri nəzərdən keçirdim. Azərbaycan mənim üçün ən uyğun seçim oldu, çünki onu ölkəmə daha yaxın hesab etdim. Yuxarı kurs tələbələrindən buradakı akademik və əlavə dərs fəaliyyəti haqqında müsbət rəylər eşitdim. Bundan başqa, BƏƏ və Körfəz regionundan olan bir çox tələbələrin buranı seçdiyini bilirdim. Üstəlik, Azərbaycanın təhlükəsiz və dinc bir ölkə olması da mənim üçün çox vacib idi. Bu, xüsusilə tək səyahət edən bir qız üçün daha çox diqqət yetirilməli məqamdır. 

 - Demək, buradakı təhsil gözləntilərinizə cavab verir. Universitetinizdəki tədris yanaşmaları sizi motivasiya edirmi? 

- Bəli, məni ən çox motivasiya edən müəllimlərin bilikli və yardım etməyə həvəsli olmasıdır. Əvvəl onların aksentini başa düşmək mənim üçün çətin idi, amma zamanla öyrəşdim. Müəllimlər öz sahələrində peşəkardırlar və dərsdən sonra da tələbələrə kömək etməyə hazırdırlar. Tədqiqatlara və seminarlara dəstək vermələri də tibbi təhsil alan bir tələbə üçün çox vacibdir. Buna görə də bu universitetdə oxumaqdan məmnunam. 

 - Bunu eşitmək sevindiricidir. Yeri gəlmişkən, Azərbaycan dilini öyrənməyə ehtiyac hiss etmisiniz? Ən çox hansı söz və ifadələri öyrənmisiniz? 

 - Bəli, təbii ki, yeni bir ölkəyə gələndə onun mədəniyyətinə və dilinə uyğunlaşmaq lazımdır. Universitetimiz ilk semestrdə Azərbaycan dili kursu təşkil etmişdi və bu, çox maraqlı idi. Əsas ünsiyyət qaydalarını öyrəndik, məsələn, ünsiyyət üçün lazım olan  “salam” və “necəsən” kimi sözləri, həmçinin bazarlıq edərkən lazım olan rəqəmləri öyrənmişəm. “Pomidor” və “soğan” kimi tərəvəzlərin adlarını da əzbərləmişəm. Buradakı insanlar çox mehribandırlar. Dili bilməsən belə, sənə kömək etməyə hazırdırlar. 

- Çox maraqlıdır, bir gününüz necə keçir? Tələbə həyatı sizin üçün rahat və maraqlıdır, yoxsa çətinlikləriniz var? 

- Semestrin əvvəlində yalnız dərslərə getmək kifayət edir, amma sonralar iş rejimi daha gərgin olur. Dərslərim adətən, 8:30-da başlayır, gündə üç-dörd dərsim olur. Bəzi günlərdə dərslər 14:00-da bitir, bəzən isə bu, 16:00-a qədər davam edir, bu da yorucu ola bilər. Tibb təhsili hər yerdə çətindir, ona görə də hər gün oxumaq lazımdır. Aralıq  imtahan və final dövrü daha gərgin keçir, amma davamlı oxusan, idarə etmək mümkündür. 

- Sizi Azərbaycan mədəniyyəti ilə bağlı ən çox nə təəccübləndirdi? 

 - Açığı, buradakı insanların xarici tələbələrə bu qədər mehriban yanaşacağını gözləmirdim. Onlar çox dostcanlıdırlar və insana mehriban yanaşırlar. Mən əslən hindli olduğum üçün çoxu soruşur ki, Şah Rux Xanla tanışam, ya yox. Hind mədəniyyətinə göstərdikləri maraq çox xoşdur. Burada özümü heç vaxt yad hiss etməmişəm. İnsanlar qonaqpərvərdir və tez-tez mədəniyyətimlə bağlı komplimentlər edirlər. Üstəlik, Azərbaycan bir müsəlman ölkəsidir və bu, mənə çox güvən verir. Hətta gecə saat 2-də tək gəzməli olsam belə, özümü təhlükəsiz hiss edirəm. Hər yerdə polis patrulları var, bu da böyük üstünlükdür. 

- Dostlarınıza Azərbaycanda təhsil almağı tövsiyə etsəniz, buranı necə təsvir edərdiniz? 

- Buranı mütləq tövsiyə edərdim. Xaricdə oxumaq çox gözəl bir təcrübədir, Azərbaycan təhlükəsiz, mədəni və qonaqpərvər ölkədir. Xaricdə ilk dəfə təhsil alan tələbələr üçün bura uyğun yerdir, çünki uyğunlaşmaq asandır. Hindistanla mədəni oxşarlıqlar var və bu, insanı daha rahat hiss etdirir. Azərbaycanın güclü mədəni kökləri var və bura tələbələr üçün gözəl bir seçimdir. 

- Təhsilinizi bitirdikdən sonra vətəninizə qayıtmağı düşünürsünüz? 

- Bəli, qayıtmağı planlaşdırıram, çünki ailəm BƏƏ və Hindistandadır. Onlar məni öz ölkəmdə həkim kimi görmək istəyirlər. Mən də doğma ölkəmdə praktiki təcrübə qazanmaq istəyirəm. Bundan sonra ya təhsilimi davam etdirmək, ya da həkim kimi işləmək qərarını verəcəyəm. Dörd ilim qalıb, ona görə də bunları həyatın axarına buraxıram. Həddindən artıq plan qurmaq stres yarada bilər, ona görə də vəziyyətə uyğun qərar vermə mənim üçün daha yaxşıdır. Amma indiki planım vətənə qayıdıb lisenziya imtahanını verməkdir.

1 /4

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.