
25 may tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, 5 regionda (Gəncə, Şirvan, Şəki, Naxçıvan və Bakı) təşkil olunacaq müsabiqədə 2000-dən çox şagirdin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, növbəti həftədən etibarən şagirdlər http://kenquru-2025.az/ saytında şəxsi kabinetləri üzərindən buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.
Eyni zamanda müsabiqənin birinci mərhələsi üzrə elektron formada təqdim olunan iştirakçı sertifikatı və diplomları da şagirdlər şəxsi kabinetlərindən əldə edə bilərlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər