Bütün xəbərlər
27 fevral, 11:47

Arzunun sosial şəbəkədə paylaşılan şəkli mənə “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarından olan Qaraca çobanı xatırlatdı. Onunla həmsöhbət olanda bildim ki, elə vətənə olan sevgisi, mərdliyi, təbiətə bağlılığı, zirəkliyi də ondan geri qalmır. 

“Azərbaycan müəllimi” samuxlu “Qaraca çoban”ı yaxından tanımaq üçün onunla həmsöhbət oldu. 

Samux rayonunun Çobanabdallı kəndində yaşayan 13 yaşlı Arzu Qədimov H.Zərdabi adına tam orta məktəbin 7-ci sinif şagirdidir. O,  demək olar ki, hər gün dərs oxumaqla yanaşı, atasına kömək etmək məqsədilə sürü də otarır. Dərslərində hər hansı problemin yaranmaması üçün vaxtını düzgün balanslaşdırır. Hətta sürü otararkən də dərsləri ilə məşğul olur.

Arzu ötən il Lütfi Zadə adına məntiq olimpiadasında rayon birincisi olub. Bu uğuruna görə ilk növbədə özünəinamına borcludur. İşlərini  planlaşdıra bilməsi, hazırlığını düzgün həyata keçirməsi də uğur qazanmasında xüsusi rol oynayıb. Arzu bu haqda danışarkən belə deyir: “Riyaziyyat fənnini çox sevirəm, buna görə məntiq də mənə maraqlıdır, onu tez başa düşürəm. Olimpiadaya hazırlaşanda Elmira Məmmədova mənə çox kömək etdi. Təəssüf ki, həmin müəllim hazırda təqaüddədir”.

Arzu kənd həyatını çox sevir. O, kənddə yaşamağın bir çox üstünlüklərinin də olduğunu düşünür: “Kənddə təhsil almağın yaxşı tərəfi odur ki, məktəbimiz evimizə yaxındır. Oraya piyada gedib-gəlirəm. Məktəbimizdə hər cür şərait var, bu mənim üçün çox vacibdir”.

Arzu təbiətə yaxın olmağın ona nələr öyrətdiyini də belə izah edir: “Sürü otarmaq mənə öyrətdi ki, heyvanlar insanların ən yaxın dostu ola bilər. Təbiət  çox gözəldir və biz bu gözəlliklərə zərər verməməliyik”.

Arzu sürü otararkən qorxulu anlar yaşadığını da bildirib: “Bir dəfə qoyunları otararkən yaxınlıqdan canavarların ulama səsini eşitdim. Səslər getdikcə yaxınlaşırdı, çox qorxdum. Tez qoyunları evə tərəf yönəltdim,  birtəhər evə çatdım. Kəndə vaxtında qayıtmasaydım, canavarlar bizi parçalayardı”.

“Sosial şəbəkələrdə vaxt keçirməkdənsə, təbiətin qoynunda olmaq daha gözəldir”

Düzdür, Arzunun boş vaxtı çox olmur. Buna baxmayaraq, sosial şəbəkələrdə də vaxt keçirir, amma çox az. 

O, təbiət qoynunda keçirdiyi vaxtı daha dəyərli sayır: “Bir çox kənd uşaqları da mənimlə razılaşar ki, sosial şəbəkələrdə vaxt keçirməkdənsə, təbiətin qoynunda olmaq daha gözəldir...”

 Arzunun gələcək arzuları

Arzu gələcəkdə həkim olmaq istəyir. “Əvvəllər polis olacağımı düşünürdüm, amma indi həkim olmağı  arzulayıram. Xəstə insanları sağaltmaq istəyirəm”, - deyə bildirib. O, həmçinin məntiq və riyaziyyatla bağlı bilgilərini də təkmilləşdirmək niyyətindədir: “Riyaziyyat və məntiq sahələrinə böyük marağım var, amma həkim olmaq mənim ən böyük arzularımdan biridir”.

Arzunun fikrincə, artıq uğur qazanmaq üçün ilk addımlarını atıb. İnanır ki, uğurlarının çoxalması onun arzularını gerçəkləşdirməyə kömək edəcək. “Uğurlu insanlar öz təcrübələrini başqalarına da öyrətməli və onları həvəsləndirməlidir”, - deyə əlavə edir.

Arzunun həyatı onu göstərir ki, kəndin sadə, təbiətə yaxın olan mühitində də böyük uğurlar əldə etmək mümkündür. İnanırıq ki, Arzu gələcəkdə yalnız öz arzularını reallaşdırmayacaq, həm də başqalarına örnək olacaq.

Şərhlər

Xəbər lenti

1 iyun, 16:55

Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş ilk elmi konfrans keçirilib

1 iyun, 16:02

Fərhad Hacıyev: “İdarəetmə imtahanı kadr bankının formalaşmasına xidmət edir”

1 iyun, 15:57

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

1 iyun, 15:19

Bugünkü imtahanların nəticələri 2 həftədən sonra açıqlanacaq

1 iyun, 15:06

6 abituriyent, 1 nəzarətçi imtahandan kənarlaşdırılıb - DİM

1 iyun, 14:15

Firudin Qurbanov: Festival türk xalqları arasında əməkdaşlığa töhfə verir

1 iyun, 12:57

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı  keçirilir

1 iyun, 12:47

Uşaq olmaq necədir? – Onların məsum düşüncələri 

1 iyun, 11:27

“Atam məni görür” -  Atalarının izlərini Şuşada axtaranlar - REPORTAJ

1 iyun, 10:39

Məktəblilər səhnədə: Problemlərini sakit, “dərd”lərini gülərək həll edirlər - REPORTAJ

1 iyun, 10:11

Bu gün I və IV qruplar üzrə qəbul imtahanı keçirilir

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.