Bütün xəbərlər
3 fevral, 09:54

“Bütün bu elmi məhsuldarlığın nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məni elm üzrə Gənclər üçün Prezident mükafatına layiq görməsi böyük şərəfdir”.

Xəbər verdiyimiz kimi, ötən gün bir qrup şəxsə Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident mükafatları verilib. “Azərbaycan müəllimi” həmin gənclərdən birinin, doktorant Rüstəm Əzimovun təəssüratını öyrənib.

O, 4 ildir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda elmi-tədqiqatla məşğul olur. Həmsöhbətimiz magistratura və doktorantura təhsilini də burada başa vurub: “Nəticələrimi “EuroScience” və “Scopus” jurnallarında çap etdirmişəm. Təhsil dövründə dissertasiya işimi tamamladım, yaxın zamanda müdafiə etdim və sənədlərimi artıq bir aydan çoxdur ki, Ali Attestasiya Komissiyasına göndərmişəm”, - deyə o əlavə edib.

Gənc tədqiqatçı elmi fəaliyyətə başlaması barədə danışaraq qeyd edib ki, dünyada həlli məlum olmayan məsələləri çözmək üçün elmi metodlara ehtiyac var. Kimlərsə laboratoriyalarda elmi-tədqiqat aparıb, məlum suallara cavab axtarırsa, mən də sualı məlum olmayan problemlərə cavab tapmaq istəyirdim: “Mən elmi-tədqiqat fəaliyyətimə bu motivasiya ilə başlamışam və bu gün çox şad bir xəbər aldım: Azərbaycan Respublikası Prezidentinin Gənclər mükafatına layiq görülmüşəm. Doğrusu, biz elmi-tədqiqatçılar adətən özümüzə maraqlı olan suallara cavab axtarırıq. Amma görürsən ki, o suallar başqalarına da maraqlı olur və beləliklə, dünya inkişaf edir. Mən də hesab edirəm ki, dünyanın inkişafında elmi tədqiqatçılar ciddi bir yer tuturlar”.

Həmsöhbətimiz 4 ilə yaxındır ki, süni intellektin elmi müstəvidə tədqiqi ilə məşğul olur: “Həm şəkillər, həm də mətnlər üzərində süni intellektin tətbiqi ilə bağlı tədqiqatlar aparmışam. Bu sahədə ondan çox yerli və beynəlxalq konfransda çıxış etmişəm və indiyədək 22-yə qədər elmi məqaləm dərc olunub”.

Rüstəm Əzimov Gənclər mükafatına layiq görülməyini bir gənc tədqiqatçı olaraq özü üçün böyük nailiyyət hesab edir.

Onun sözlərinə görə, bu uğurun arxasında kollektiv əmək dayanır: “Hesab edirəm ki, bu uğurun əsas dayaqlarından biri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin idarəetmə sistemlərində çalışan hər bir həmkarımdır. Hər dəfə bir sualım və ya çətinliyim olduqda, onlara müraciət etmişəm və hər dəfə dəstək görmüşəm. Onlar təcrübələrini mənimlə səmimi şəkildə bölüşüblər. Laboratoriyadakı müzakirələr, təcrübə və bilik mübadiləsi mənim uğurlarımın bünövrəsini təşkil etdi. Məhz bu kollektiv dəstək və əməkdaşlıq sayəsində bu qədər elmi iş ortaya çıxdı”.

Sonda o öz minnətdarlığını belə ifadə edib: “Bu mükafat mənim üçün həm böyük bir məsuliyyət, həm də dərin bir motivasiya mənbəyidir. Biz alimlər qapalı laboratoriyalarda oturub, suallara cavab axtarır, kitablar oxuyur, eksperimentlər aparır və nəticələrimizi bölüşürük. Amma kənardan belə bir stimul gördükdə, işimizin dəyərləndirildiyini hiss etdikdə, bu, çəkdiyimiz zəhmətə verilən ən gözəl qiymətdir. Mənə bu şərəfi bəxş edən Prezident İlham Əliyevə və bu prosesdə mənimlə birlikdə olan hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.