Bütün xəbərlər
13 avqust, 10:51

Təxminən üç il əvvəl “ChatGPT” təqdim olunduqdan sonra süni intellekt (AI) texnologiyalarının təhsilə təsiri geniş müzakirə olunmağa başladı. Müzakirələrdə, əsasən, bu suala cavab axtarılırdı: süni zəka fərdi təhsil üçün lazımlı alətdir, yoxsa akademik “vicdansızlığa” aparan yoldur?

Bəzi təhsil mütəxəssisləri hesab edirlər ki, süni intellektdən istifadə tənqidi düşüncə qabiliyyətinin azalmasına səbəb olacaq. Onların arqumentinə görə, təhsilalanlar süni intellekt alətlərindən çox erkən istifadə edərlərsə, onlar tənqidi düşüncə və problem həll etmək üçün əsas bacarıqlarını inkişaf etdirə bilməyəcəklər.

Dünyanın aparıcı texniki universitetlərindən olan Massaçusets Texnologiya İnstitutu (MIT) məktəblərdə süni intellekt alətlərinin istifadəsi ilə bağlı araşdırma dərc edib. Mütəxəssislər süni intellektdən məktəb təhsilində hansı vəzifələr üçün istifadə olunduğu, generativ neyron şəbəkələrinin və digər AI texnologiyalarının inkişafının təhsilə necə təsir etdiyi, müəllimlər və məktəb rəhbərlərinin bununla bağlı nə edə biləcəyi ilə bağlı suallara cavab axtarıblar.

MIT Media Laboratoriyası Bostonda 18-39 yaş arasında olan 54 nəfərin iştirakı ilə araşdırma aparıb. Burada insanlar üç qrupa bölünüb: birinci qrup esse yazmaq üçün “GPT”dən, ikinci qrup “Google” axtarış sistemindən istifadə edib. Digər qrup isə esselərini texnologiyanın yardımı olmadan yazıb. Tədqiqatçılar əlaqə və idrak proseslərini qiymətləndirmək üçün EEQ-dən (Elektroensefaloqrafiya və ya EEQ —nevroloji müayinə metodudur-red.) istifadə edərək onların beyin fəaliyyətini izləyiblər.

MIT əməkdaşlarının gəldiyi nəticəyə görə, “GPT” istifadə edənlərin beyin fəaliyyəti çox aşağı olub. Bu da idrak qabiliyyətinin azaldığını göstərir.

“GPT” istifadəçiləri süni intellekt alətinə çox etibar etdiklərinə görə təkrarlanan və daha az orijinal məzmun yaradıblar.

Nəticələrə əsaslanan mütəxəssislər deyir ki, esse yazmaq kimi tapşırıqlar üçün süni intellektə etibar etmək tənqidi təfəkkürün və yaddaş inteqrasiyasının inkişafına mane ola bilər.

Tədqiqatçılar son mərhələdə təcrübə iştirakçılarının rollarını dəyişib. Öz beynindən yazan qrup süni intellektdən, AI-dən istifadə edənlər isə öz bacarıqlarını göstərməklə esse yazmalı olublar.

Əvvəcə AI-dən istifadə edib sonra essesini özü yazan qrupun nəticələri olduqca zəif olub. Müəlliflər iddia edirlər ki, bu, süni intellektdən uzun müddət istifadənin iştirakçıların koqnitiv bacarıqlarını zəiflətdiyini nümayiş etdirir.

Aydındır ki, süni intellektdən nə vaxt, harada və necə istifadə olunacağını bilmək uzunmüddətli uğurun və bacarıqların inkişafının açarıdır. İndiki və gələcək nəsillər tənqidi və yaradıcı düşünməyi, problemləri həll etməyi bacarmalıdır. Bununla belə, AI bu anlayışların mənasını dəyişir.

Mütəxəssislərin fikrincə, süni intellekt hazırda ən çox proqram təminatının hazırlanması və dizaynı sahələrində tədris prosesinə yanaşmanı dəyişir, yəni peşəkarlar artıq AI alətlərindən gündəlik istifadə edirlər. MIT mütəxəssisləri əksər məktəb fənləri, xüsusən sosial və humanitar elmlər üçün süni intellektin təsirinin o qədər də güclü olmadığına inanırlar. Müəlliflər vurğulayırlar ki, süni intellekt alətləri hələ də bir çox sahədə, eləcə də tarix və ya ingilis dili sahəsində yüksək keyfiyyətli iş nümayiş etdirməyib. Buna görə də onları bu fənlərin öyrənilməsinə inteqrasiya etməyə ehtiyac yoxdur. Hazırda süni intellekt bu sahələrdə məhdud rol oynayır. Onun geniş şəkildə tətbiqi belə fənlərin tədrisinə effektiv təsir göstərməyəcək.

MIT mütəxəssisləri məktəblərə generativ süni intellektə əsaslanan məhsulları tətbiq edərkən onların effektivliyi ilə bağlı əlavə araşdırmalar aparılana qədər ehtiyatlı olmağı tövsiyə edir. Onlar belə nəticəyə gəliblər ki, indiyə qədər süni intellekt həlləri təhsildə hər hansı inqilabi dəyişiklik potensialını nümayiş etdirməyib. Öyrənmək prosesi ilk növbədə sinif otaqlarında müəllim və şagird arasında baş verir.

Bununla belə, tədqiqat müəllifləri fərdi süni intellekt alətləri ilə eksperimentlərdən imtina etməməyi, onlara müəllim və təhsilalanların marağını təşviq etməyi məsləhət görürlər. Müəllimlərin bu gün məktəblərdə generativ süni intellektdən istifadə etdiyi məqsədlər arasında aşağıdakılar vurğulanır:

  • Tədris materiallarının hazırlanması və fərdiləşdirilməsi. Buraya ev tapşırıqlarının müxtəlif versiyalarının yaradılması, laboratoriya təcrübələri üçün təlimatlar və əyani vəsaitlər daxildir.
  • Sürətli prototipləşdirmə. Bəzi müəllimlər şagirdlərini öz layihə işləri üçün başlanğıc nöqtəsi kimi AI məzmunundan istifadəyə təşviq edirlər. Qeyd etmək lazımdır ki, bu şəbəkənin hazırladığı material yalnız eskiz ola bilər.
  • Təhsilalanları cəlb etmək və icma yaratmaq. Bəzi müəllimlər bildirir ki, onlar şagirdlərlə birlikdə müxtəlif sınaqlarla münasibətlərini gücləndiriblər.
  • Təhsilalanların müstəqil işinə dəstək. Generativ süni intellekt “laboratoriya köməkçisi” kimi fəaliyyət göstərmək üçün təhsilalanlara göstərişlər verə bilər.

Tədqiqat həmçinin AI-nin inkişafı ilə bağlı fırıldaqçılıq və plagiat kimi bəzi çətinlikləri də vurğulayır. Belə problemləri minimuma endirmək və müəllimləri süni intellektdən səmərəli istifadəyə həvəsləndirmək üçün bu sahədə yalnız rəsmi təlimatlardan istifadə olunmalıdır. Bu cür sənədlər AI-nin necə işlədiyini, onun təhsil üçün üstünlük və məhdudiyyətlərini təsvir edir. Amerikalı müəllimlər özləri də işlərində generativ süni intellektə əsaslanan ChatGPT və digər vasitələrdən istifadəyə tələsmirlər.

Araşdırma müəllifləri qeyd edir ki, koqnitiv bacarıqların azalmaması üçün süni intellektə hansı vəzifələrin yüklənə biləcəyinə üstünlük vermək, hansı tapşırıqların əsl yaradıcılıq və tənqidi düşüncə tələb etdiyini anlamaq qədər vacibdir.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.