Pakistanda məktəb avtobusu yanıb: 11 nəfər xəsarət alıb

29 Sentyabr, 2026 - 10:50
Pakistanda məktəb avtobusu yanıb: 11 nəfər xəsarət alıb

Pakistanın Murri şəhərində məktəbliləri daşıyan mikroavtobusun yoldan çıxaraq alışması nəticəsində 11 nəfər xəsarət alıb.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Murri şəhərində baş verib. İlkin məlumata əsasən, mikroavtobus yoldan çıxıb və daha sonra yanmağa başlayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Avtobusda yaşı 4-14 arasında olan 11 sərnişin olub. Onların əksəriyyətinin məktəblilər olduğu bildirilir. Sərnişinlər nəqliyyat vasitəsindən təxliyə edilib. Onlardan 9-u müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralananların vəziyyətinin ağır olmadığı bildirilir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.