Peşə mərkəzində dövlət buraxılış-ixtisas imtahanları keçirilir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi normativ sənədlərə uyğun olaraq dövlət buraxılış-ixtisas imtahanlarına başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, ilk mərhələdə ümumi orta təhsil bazasından təhsil alan “Bitkiçilik mütəxəssisi”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Aşpaz”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Turizm təşkilatçısı”, “Elektrik qaz qaynaqçısı” və “Üzümçülük və şərab ustası” ixtisasları üzrə dövlət imtahanları keçirilib.
Dövlət Attestasiya Komissiyasının sədrləri və üzvləri tərəfindən tələbələrin yekun qiymətləri, istehsalat xasiyyətnamələri və ixtisas (sınaq) işlərinin nəticələri nəzərdən keçirilib, həmçinin şifahi sorğular aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən tələbələrin yekun nəticələri elan olunub.




