Peşə təhsili alan gənclər üçün beynəlxalq karyera imkanları müzakirə olunub
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Almaniyanın “Schuhmacher International Personalvermittlung” şirkətinin rəhbərini qəbul ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı mərkəzin müasir təlim infrastrukturu və kadr hazırlığı imkanları ilə tanışlıq olub, tələbə və məzunlarımız üçün Almaniyada məşğulluq imkanları, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Məqsəd peşə təhsilini real əmək bazarı ilə, tələbələrimizi isə beynəlxalq karyera imkanları ilə birləşdirməkdir.




