Peşə təhsili üzrə 64 proqram hazırlanıb

3 Aprel, 2026 - 14:16
Peşə təhsili üzrə 64 proqram hazırlanıb

2022-2025-ci illər ərzində peşə təhsili üzrə 111 min dərslik və 64 proqram hazırlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib. 

Nazir müavini bildirib ki, 2025-ci ildə hazırlanan peşə təhsili proqramlarının 8-i yüksək peşə təhsili, 9-u isə texniki peşə təhsili üzrədir.