Peşə təhsili və turizm sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub

14 Aprel, 2026 - 16:32
Peşə təhsili və turizm sektoru arasında əməkdaşlıq imkanları müzakirə olunub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Lachin Resort & Spa” arasında əməkdaşlıq görüşü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə “Lachin Resort & Spa”nın Spa, İdman və Əyləncə Mərkəzinin rəhbəri, Məişət və təmizlik qrupunun rəhbəri, həmçinin Kadrlar və sənədlərlə iş üzrə məsul şəxslər iştirak ediblər. Onlar mərkəzin rəhbərliyi və mühəndis-pedaqoji heyəti ilə bir araya gələrək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı peşə təhsilinin inkişafı, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, istehsalat təcrübəsinin təşkili və birgə fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, tərəflər arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi və tələbələrin real iş mühitində təcrübə imkanlarının artırılması nəzərdə tutulur.

Bu cür əməkdaşlıqların əsas məqsədi əmək bazarının tələblərinə uyğun, peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.