Polşada məktəbə hücum: 7 nəfər yaralanıb
Polşada peşə məktəbində baş verən bıçaqlı hücum nəticəsində 7 nəfər yaralanıb.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında, təxminən 09:00-11:00 arasında törədilib. Hücum zamanı “iti əşyadan” istifadə edildiyi qeyd olunub.
Yaralananlar arasında həm şagirdlərin, həm də müəllimlərin olduğu bildirilir.
Hadisə ilə bağlı 19 yaşlı şəxs saxlanılıb. Polisin məlumatına görə, şübhəli şəxs saxlanılarkən yaralanıb və xəstəxanaya yerləşdirilib.




