Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Job in Global”la laboratoriya qurdu

4 Noyabr, 2025 - 15:28

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən “Job in Global” MMC şirkətinin dəstəyi ilə Mərkəzdə müasir tələblərə cavab verən İnformasiya Texnologiyaları Laboratoriyası istifadəyə verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, laboratoriyanın əsas məqsədi — tələbələrin veb-dizayn, proqram təminatı, kompüter şəbəkələri və texniki xidmət sahəsində bilik və bacarıqlarını praktik şəkildə inkişaf etdirmək və onları əmək bazarının real tələblərinə uyğun hazırlamaqdır.

Layihə çərçivəsində “Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli tərəfindən laboratoriyanın texniki bazasının formalaşdırılması üçün kompüter avadanlıqları ianə olunub.

Laboratoriyanın açılışı zamanı Mərkəzin direktoru Qalib Nəbiyev əməkdaş müəssisələrin, xüsusilə “Job in Global” MMC-nin göstərdiyi dəstəyin peşə təhsilinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu cür tərəfdaşlıqlar tələbələrin praktiki vərdişlərinin güclənməsinə, məşğulluq imkanlarının genişlənməsinə və Mərkəzin maddi-texniki bazasının zənginləşməsinə böyük töhfə verir.

“Job in Global” MMC ilə əməkdaşlıq çərçivəsində:
• Tələbə və məzunlar 8 aylıq dövrdə 5 ulduzlu otellərdə təcrübə keçir,  
• Bütün əlavə xərclər qarşılanır,  
• Beynəlxalq sertifikat və aylıq 700$ əmək haqqı ilə təmin olunurlar.  

Bu layihə peşə təhsilinə sosial məsuliyyət prizmasından yanaşmanın və işəgötürənlərlə səmərəli əməkdaşlığın uğurlu nümunəsidir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi regionda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, gənclərin bacarıqlarının inkişafı və onların əmək bazarına inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirir.