Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları beynəlxalq yarışda iştirak ediblər

1 Oktyabr, 2026 - 17:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları beynəlxalq yarışda iştirak ediblər

22–29 sentyabr tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin iki əməkdaşı müşahidəçi qismində iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın 70 ölkə və regionundan 1 400-dən çox iştirakçının 64 bacarıq istiqaməti üzrə mübarizə apardığı beynəlxalq yarış peşə təhsilində qabaqcıl təcrübələrin öyrənilməsi, innovativ yanaşmaların mənimsənilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Səfər çərçivəsində əməkdaşlar beynəlxalq peşə bacarıqları yarışlarının təşkili, qiymətləndirmə meyarları, müasir texnologiyaların tətbiqi, praktiki tapşırıqların icrası və iştirakçıların peşə səriştələrinin nümayişi ilə bağlı təcrübə ilə tanış olublar.

Qeyd edək ki, "WorldSkills" yalnız peşə bacarıqları üzrə yarış deyil, həm də müxtəlif ölkələrin və şirkətlərin innovativ texnologiyalarını, qabaqcıl həllərini və mədəniyyətlərini nümayiş etdirdiyi beynəlxalq sərgi platformasıdır. Bu çərçivədə Mərkəzin rəhbərliyi yarışın sponsorları olan iki müəssisənin nümayəndələri ilə əməkdaşlıq imkanlarının müzakirəsinə dair görüşlər keçirib.

Azərbaycan komandasının 7 bacarıq istiqaməti üzrə təmsil olunması ölkəmizdə peşə bacarıqlarının inkişafı istiqamətində görülən işlərin beynəlxalq səviyyədə təqdimatı baxımından əlamətdar hadisə olub.