Qərbi Azərbaycana virtual səyahət etmək mümkün olacaq

15 May, 2026 - 11:59
Qərbi Azərbaycana virtual səyahət etmək mümkün olacaq

“Festival zamanı Qərbi Azərbaycana virtual səyahət etmək mümkün olacaq”

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə "Qərbi Azərbaycana qayıdış" III festival konqresi ilə bağlı keçirilən brifinqdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

O bildirib ki, bu, "Qərbi Azərbaycana qayıdış" III festival-konqresində əsas yeniliklərdəndir:

“VR gözlüklər vasitəsilə ediləcək səyahət ziyarətçilərə Qərbi Azərbaycanın tarixi şəhər və kəndlərini, mədəni abidələrini və füsunkar təbiətini yaxından görmək və hiss etmək imkanı yaradacaq. Bu innovativ layihə müasir texnologiya vasitəsilə insanlarda öz dədə-baba torpaqlarına bağlılıq hissini gücləndirəcək, onları tarixi yurd yerləri ilə yenidən mənəvi bağ qurmağa təşviq edəcək. Eyni zamanda virtual səyahət ziyarətçilər üçün həm maraqlı, həm də cəlbedici bir təcrübəyə çevriləcək”.