Qubada müşavirə keçirilib

23 Oktyabr, 2026 - 14:35
Qubada müşavirə keçirilib

Qubada Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, eləcə də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Müşavirə  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  ölkə başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqində toxunduğu mühüm məsələlər, ölkəmizin gələcək inkişaf istiqamətləri, dövlətçilik prinsiplərinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, ideoloji təhlükəsizliyin təmin olunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ətrafında müzakirələr aparılıb.

Çıxış edənlər dövlət başçısının qurultayda səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətə diqqət çəkiblər. Qeyd olunub ki, təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmamalı, eyni zamanda, milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ənənələrinə hörmətlə yanaşan, vətənpərvər və məsuliyyətli vətəndaşların yetişdirilməsinə xidmət etməlidir.

Müşavirədə bu istiqamətdə təhsil müəssisələrində görüləcək işlər, müəllimlərin üzərinə düşən vəzifələr və dövlətçilik ideyalarının gənc nəslə aşılanmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş əməkdaşlarına partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirəyə yekun vurulub.

Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib
Qubada müşavirə keçirilib