Ağdamda "Rəqəmsallıq və süni intellekt" mövzusunda təlim keçirilib

3 Oktyabr, 2026 - 15:11
Ağdamda "Rəqəmsallıq və süni intellekt" mövzusunda təlim keçirilib

Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və süni intellektdən məsuliyyətli istifadənin təşviqi məqsədilə "Rəqəmsallıq və süni intellekt" mövzusunda təlim keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil Nazirliyinin əməkdaşı, “Maarifçi” tələbə-məzun proqramı üzrə İşçi Qrupunun katibi Tünzalə Vəliyeva, həmçinin IV “Maarifçi” proqramının iştirakçıları Aygün Qəhrəmanova, Səlim Səlimov və Türkanə Məmmədova çıxış edərək şagirdlərə rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması, süni intellektin imkanları və düzgün istifadəsi barədə məlumat veriblər.

Təlim interaktiv suallar və praktiki nümunələrlə davam edib.

Tədbirin sonunda şagirdlərin tərəfindən bədii proqram təqdim olunub.