Süni intellekt ilə tarixdə səyahət
Tarix fənnini keçmişdən gələcəyə səyahət kimi düşünsək, bu səyahətdə qarşımıza qoyduğumuz məqsədimiz istədiyimiz istiqamətə çatmaqdır. Tarix fənni insanlar üçün keçmişin özü gələcəyin sözüdür. Bəs tarix fənnini necə öyrətmək lazımdır ki, istədiyimiz məqsədə, istiqamətə çataq?
Tarix fənninin tədrisində hadisələrin şagirdlər tərəfindən daha anlaşıqlı və rahat yolla başa salmağın yolu tarixi hadisənin simulasyon formada şagirdlərin iştirakçısı olaraq anlatmaq şagirdlərin tərbiyə olunmasında, eyni zamanda bilik, bacarıqların aşılanmasında yardım edir. Bu zaman şagird hadisələri analiz edir, şagirdlərin tarixi kommunikativ bacarıqları formalaşır və həqiqəti özü təhlil edib dəyərləndirir.
Bildiyimiz kimi son illərdə ümumi təhsil təcrübəsini təkmilləşdirmək üçün yeni, daha müasir texnologiyaların və təcrübələrin tətbiqi tendensiyası artmaqdadır. Süni intellekt təhsil sahəsində müxtəlif üsullarla tətbiq edilir. Hər bir şagirdin ehtiyaclarına uyğunlaşan fərdiləşdirilmiş öyrənmə alqoritmlərinə qədər bu mümkündür. Süni intellektdən qiymətləndirmə tapşırıqları və rəy bildirmək üçün eyni zamanda böyük həcmdə tarix məlumatlarının təhlili üçün istifadə edilir.
Müasir dövrdə süni intellektlə işləyən təhsil alətləri və platformalarının uğurlu nümunələri yetərincədir.
Tarix fənnin tədrisində araşdırma tapşırıqlarında süni intellektin tətbiqi bizə nə qazandırır?
Tarix fənnin tədrisində süni intellekdən istifadənin şagirdlərin fənn haqqında yaxşı mənada düşüncə tərzini dəyişdirmək potensialına malikdir,həmçinin fərdiləşdirilmiş öyrənmə alqoritminə görə şagirdlərin virtual və genişləndirilmiş reallığa qədər öyrənmə fəaliyyətini mümkün hesab etmədiyimiz şəkildə artırmağa kömək edir.
Tarix fənnin tədrisində süni intellekt geniş imkanlar tətbiq etmək potensialına malikdir. Ən əsaslarından biri şagirdlərin öyrənmə təcrübəsini fərdiləşdirmək bacarığıdır. Süni intellekt tarix fənnini tədris edərkən şagirdlərin güclü və zəif tərəflərini,fərdiləşdirilmiş dərs planları və qiymətləndirmələr yaratmağa imkan yaradır.
Tarix fənnin tədrisində tapşırıqların həllində süni intellektin imkanların necə tətbiq edirik?
Şagirdlərin öyrənmə tərzləri müxtəlifdir. Bunlara vizual, audial, kinestetik və oxuyub-anlama daxildir. Tarix fənnin tədrisində süni intellektin tətbiqi zamanı bunu diqqətə almaq mühüm amildir. Tarix fənnin tədrisində “Midjourney” süni intellektini tətbiq etməklə şagirdlər tarixi sənət əsərlərini yaradırlar. Beləki şagirdlər “Midjourney” süni intellekti ilə keçmiş və gələcəyi istədikləri və tarixi biliklərinə söykənən şəkildə qurur və onun təsvirini yaradırlar. Bu süni intellekt 5-8 siniflər üçün istifadəyə yararlıdır. Belə ki, şagirdlər keçmişdə və ya gələcəkdə heç görmədikləri yerlər haqqında özləri üçün təsəvvür formalaşdırırlar. “İnvideo Al” süni intellekti ilə şagirdlər rahat şəkildə tarixi mətnləri video şəkilində hazır edə bilirlər. Bu zaman tarixi həqiqətlərin əks olunması vacib məqamlardandır. “Gamma ai” ilə şagirdlər saniyələr içərisində hazır təqdimatlar əldə edə bilər ki, onların da üzərində biraz düzəliş etməklə rahat şəkildə istifadə etmək olar. 9-cu sinif ümumi tarix dərsliyində “Raşmor dağında hansı ABŞ prezidentlərinin barelyefi olduğunu araşdırın” tapşırığını şagirdlərə gamma ai süni intellektindən istifadə edərək hazırlanması tapşırıla bilər.Şagirdlər araşdırma edib təqdimatı əldə edir və onun üzərində kiçik düzəliş etməklə rahatlıqla istifadə edə bilərlər.Creatify ai süni intellekti ilə məlumat ötürüldükdən sonra şəkillərə əsasən seçilmiş avatar tərəfindən həmin məlumat səsləndirilir. Hazır şəkildə video reportaj əldə olunur. Şagirdlər “Zəfər tarixi” dərsliyindən istifadə edərək bir neçə dəqiqə ərzində video reportaj hazırlaya bilərlər.
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.

Elşən Rəsulov Salman oğlu,
Bakı şəhər 307 nömrəli tam orta məktəbin tarix müəllimi




