Təhsil sistemləri yalnız müəllimləri qədər güclüdür - OECD
“Təhsil sistemlərinin gücü böyük ölçüdə müəllimlərinin gücü ilə müəyyən olunur. Lakin OECD ölkələrində yüksəkkeyfiyyətli müəllimlərin cəlb olunması, onların peşəkar inkişafını təmin etmək və bu peşədə saxlamaq getdikcə çətinləşir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə sentyabrın 29-da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) növbəti illik “Bir baxışda təhsil” (Education at a Glance 2026) hesabatını təqdimat mərasimində qurumun baş katibi Matias Korman bildirib.
"Əsl çətinlik sistemlərimizdə lazımi sahələrdə və zəruri keyfiyyətlərə malik kifayət qədər müəllimin olub-olmamasındadır”, -deyən baş katib əlavə edib ki, UNESCO-nun məlumatlarına əsasən, məktəblərin 2030-cu ilə qədər daha 44 milyon ibtidai və orta məktəb müəlliminə ehtiyacı olacağı təxmin edilir.
Hesabatın təqdimat mərasimində çıxış edən Andreas Şleyxer bildirib ki, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində ixtisaslı müəllimlərin çatışmazlığı builki beynəlxalq testlərdə şagirdlərin göstəricilərindəki tarixi azalmanın səbəbidir.




