“Tərbiyəçi-müəllim və metodistlər üçün təlim paketləri hazırlanır” – Nazir
“Ötən həftənin sonu ilk dəfə bağça tərbiyəçi-müəllimləri üçün keçirilən diaqnostik qiymətləndirməni qənaətbəxş hesab etmək olar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məqsəd diaqnostik qiymətləndirmə vasitəsilə bağçalarda ümumi vəziyyəti öyrənib, ona uyğun ölçmə alətləri hazırlamaqdır:
"Daha bir məqsədimiz sertifikatlaşdırma imtahanlarına hazırlıqdır. Həftə sonu diaqnostik qiymətləndirmədə həm kifayət qədər qənaətbəxş nəticə göstərən şəxslər, həm də təkmilləşdirməyə ehtiyac duyan tərbiyəçi-müəllimlər olduğunu gördük. Odur ki, bu sahədə görəcək işlərimiz çoxdur. Tərbiyəçi-müəllim və metodistlər üçün təlim paketləri hazırlanır".


