Universitet və əmək bazarı əməkdaşlığı: Məşqçilərə sertifikatlar təqdim olundu

21 Oktyabr, 2026 - 11:18
Universitet və əmək bazarı əməkdaşlığı: Məşqçilərə sertifikatlar təqdim olundu

Azərbaycan İdman Akademiyası (ASA) ilə “Qarabağ” Futbol Klubu Akademiyasının əməkdaşlığı çərçivəsində keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitetlə əmək bazarı arasında əməkdaşlığın nümunəsi olan layihə futbol məşqçilərinin nəzəri biliklərinin və praktiki bacarıqlarının təkmilləşdirilməsinə, onların müasir tələblərə uyğun peşəkar inkişafına yönəlib.

Yekun tədbirdə ASA-nın rektoru Fuad Hacıyev proqramı uğurla bitirən məşqçiləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Qarabağ” Futbol Klubunun baş direktoru Işık Emrah Çelikel layihəyə göstərilən dəstəyə görə ASA rəhbərliyinə təşəkkür edib, əməkdaşlığın məşqçilik fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini bildirib.

ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva idmanla təhsilin vəhdətinin, ömürboyu öyrənmə prinsipinin peşəkar inkişafda rolunu diqqətə çatdırıb.

Akademiyanın Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova proqramın 4 istiqamət və 7 modul üzrə təşkil olunduğunu, məşqçilərin peşəkar kompetensiyalarının inkişafına xidmət etdiyini qeyd edib.

Yekun qiymətləndirmənin nəticələrinə əsasən, proqramı uğurla bitirən məşqçilərə sertifikatlar təqdim olunub.