100%-dək təqaüdlə IT təhsili: "Peerstack Academy" tələbə qəbuluna başladı

29 Avqust, 2025 - 09:18
100%-dək təqaüdlə IT təhsili: "Peerstack Academy" tələbə qəbuluna başladı
100%-dək təqaüdlə IT təhsili: "Peerstack Academy" tələbə qəbuluna başladı

“Peerstack Academy”də 3-cü mərhələ üzrə qeydiyyat başladı.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakıda fəaliyyət göstərən sözügedən proqramlaşdırma akademiyası yeni mərhələ üçün qeydiyyata start verib.

Akademiya tələbələrə 100%-dək təqaüd imkanları, bütün iştirakçılar üçün kompüter avadanlığının təmin olunması, həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə tam proqramlaşdırma üzrə intensiv təhsil təklif edir.

Proqram çərçivəsində tələbələr “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API”lər üzrə praktiki biliklər qazanacaq, layihəyə əsaslanan öyrənmə üsulu ilə real tətbiqlərdən ibarət portfel formalaşdıracaqlar.

Tədrisi uğurla başa vuran məzunlara iki beynəlxalq akkreditasiyalı diplom təqdim olunacaq.

Akademiya "NEQSOL Academy" tərəfindən Təhsilin İnkişafı Fondu və "Technology SNI" ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Layihə  “Qwasar Silicon Valley”in beynəlxalq səviyyədə tanınmış IT proqramlarını Azərbaycana gətirərək ölkədə informasiya texnologiyaları üzrə kadr hazırlığının keyfiyyətini yüksəltməyi hədəfləyir.

Qeyd edək ki, "NEQSOL Holding" təhsil haqqının 70 faizini qarşılayır. Bu proqramın daha geniş tələbə kütləsi üçün əlçatan olmasına şərait yaradır və ölkənin texnologiya sektorunun inkişafına töhfə verir.

Akademiyanın əsas məqsədi artan IT mütəxəssisi tələbatını ödəmək, məzunlara yerli və beynəlxalq əmək bazarında, eləcə də "NEQSOL Holding" şirkətlərində karyera imkanları yaratmaqdır.