Redaktorun seçimi
Lənkəran Dövlət Universiteti üçün yeni tədris binası tikiləcək
Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini nələri bilməlidir?
İndoneziyada təhsil üzrə təqaüd proqramı elan edilir
Ənvər Abbasov: Məktəb və valideynin vəzifələri konkret şəkildə müəyyənləşdirilməlidir
Lənkəran Dövlət Universiteti üçün yeni tədris binası tikiləcək
AzMiU və TKTA birgə təlimlər keçirəcək
“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir
Professor: Vətən tarixinin dövlət dilində öyrədilməsi tam əsaslıdır
UNEC Özbəkistan universiteti ikili diplom proqramı həyata keçirəcək
ADNSU-da Çinli tələbələrlə görüş keçirilib
İndiyədək 5 min nəfər Erasmus çərçivəsində xaricdə təhsil alıb
Pedaqoji yazılar
Məktəblərdə rifah: Kiçik təhdidlər nələrdir?
Nəzakət Mehdiyeva: Müəllim dərsi dinamik keçməli, tələbəni müasir çağırışlara hazırlamalıdır
Təhsilli cəmiyyətə açılan pəncərə...
Məktəbəqədər yaşlı uşaqların sosial-emosional inkişafına ailə və bağçanın təsiri məsələləri
Təhsil transformasiyasının idarə edilməsi – MOPAN qiymətləndirməsinə dair refleksiyalar
Qlobal Təhsil Tərəfdaşlığı (GPE) tərəfindən “Təhsil transformasiyasının idarə edilməsi – MOPAN qiymətləndirməsinə dair refleksiyalar” adlı məqalə dərc edilib. “Azərbaycan müəllimi” xəbər verir ki, sözügedən məqalə tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin yanvar sayına da salınıb.Sözügedən məqalədə 2002-ci ildə OECD-yə üzv olan 22 dövlətin təşəbbüsü ilə yaradılmış çoxtərəfli təşkilatların fəaliyyətini qiymətləndirmə şəbəkəsinin (MOPAN) apardığı qiymətləndirmənin əsas nəticələri təhlil olunur. MOPAN-ın başlıca məqsədi çoxtərəfli təşkilatların fəaliyyətini qiymətləndirməklə, onların səmərəliliyini və nəticəliliyini artırmaqdır. Həmçinin hesabatlılığı və öyrənmə proseslərini gücləndirməklə, qlobal inkişaf məqsədlərinə daha effektiv töhfə vermələrinə şərait yaratmaqdır.Nəticə etibarilə, hesabat GPE-nin mövcud problemləri həll etmək və sistemli dəyişiklikləri idarə etmək üçün tətbiq etdiyi əsas strategiyaları da ümumiləşdirir.MOPAN qiymətləndirməsi prosesində GPE-nin xüsusilə dörd əsas sahədə güclü performans göstərdiyi qeyd olunmuşdur.1. Təhsil üçün maliyyələşdirmənin səfərbər edilməsiQlobal Təhsil Tərəfdaşlığı Multiplier vasitəsilə 3,8 milyard ABŞ dolları məbləğində maliyyə vəsaitini səfərbər edərək, ilkin 2,5 milyard ABŞ dolları hədəfini üstələməyi başarmışdır. Bu nailiyyət geniş tərəfdaşlardan (dövlət, özəl sektor və s.) investisiyalar cəlb etmək qabiliyyətini və təhsil maliyyələşdirilməsinə olan güclü öhdəliyini açıq şəkildə nümayiş etdirir.2. Əməliyyat səmərəliliyiQlobal Təhsil Tərəfdaşlığının “hərəkət et, öyrən və uyğunlaş” yanaşması, əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Məsələn, 2024-cü maliyyə ilində qrantların təsdiqi və ayrılması 1 milyard ABŞ dollarını keçmişdir ki, bu da əvvəlki illərə nisbətən böyük artımı göstərir. Bununla yanaşı cari strateji dövr ərzində icra gecikmələri 6 aydan da çox azalmışdır. Bu göstəricilər proseslərin optimallaşdırıldığını və idarəetmənin daha effektiv hala gətirildiyini təsdiqləyir.3. Gender bərabərliyinin və iqlim dayanıqlılığının təşviqiQlobal Təhsil Tərəfdaşlığının 2025 strategiyası çərçivəsində gender bərabərliyinə yönəlmiş qrantların nisbəti əvvəlki strategiya ilə müqayisədə iki dəfə artmışdır. Artıq tərəfdaş ölkələrin 75%-i gender bərabərliyi məsələlərini prioritet islahatlarına daxil edir. Həmçinin iqlimə dayanıqlı təhsil sistemi təşəbbüsü 35 ölkəni iqlim problemlərini təhsil vasitəsilə həll etməkdə dəstəkləmişdir. Yalnız 2024-cü ildə iqlimlə bağlı tədbirlərə 418 milyon ABŞ dolları vəsait yatırılması bu sahəyə verilən önəmin bariz nümunəsidir.4. Qlobal təhsil arxitekturasının gücləndirilməsiQlobal Təhsil Tərəfdaşlığı, Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndinə (yəni keyfiyyətli təhsil) uyğunlaşma səylərini gücləndirərək, qlobal təhsil ekosistemindəki əsas rolunu daha da dəqiq müəyyənləşdirmişdir. “Education Cannot Wait” (ECW) ilə əməkdaşlıq xüsusilə, böhran təsirinə məruz qalan ərazilərdə təşəbbüslərin təkrarlanmasını azaldaraq, təsiri artırmışdır. Bundan əlavə, KIX (Bilik və İnnovasiya Mübadiləsi) və “Education Out Loud” kimi proqramlar qlobal, regional və milli səviyyələrdə təhsil siyasətini və hesabatlılığı təkmilləşdirməyə mühüm töhfə verir.MOPAN qiymətləndirməsi GPE-nin güclü tərəflərini vurğulamaqla yanaşı, gələcək fəaliyyətin daha da yaxşılaşdırılması üçün 4 əsas istiqamətdə potensial inkişaf sahələrini müəyyən etmişdir. Aşağıda bu istiqamətlər və onların əhəmiyyəti haqqında geniş məlumat verilir.1. Qrant agentlərinin performansıMOPAN qiymətləndirməsi, qrant agentlərinin seçilmə prosesinin ölkə kontekstlərinə daha dərindən uyğunlaşdırılmasının və ümumilikdə səmərəliliyin artırılmasının zəruriliyini önə çəkir. Bu çərçivədə GPE tərəfdaş ölkələrə daha geniş seçim imkanları təklif etmək və hesabatlılığı gücləndirmək üçün addımlar atır. 2. Zorakılıq və təqiblərin qarşısının alınmasıQrant agentlərinin performansı ilə yanaşı, MOPAN GPE-nin zorakılıq və təqiblərə qarşı siyasətinin gücləndirilməsini də önəmli hesab edir. GPE bu sahədə məlumatlılığı artırmaq və qrant agentlərinin müvafiq məsələlərə reaksiya vermək qabiliyyətini yüksəltmək üçün işlər aparır.3. Tərəfdaşların uyğunlaşdırılmasıZorakılıqla mübarizə tədbirləri qədər önəmli olan digər məsələ tərəfdaşların GPE Nizamnaməsində və tərəfdaşlıq müqavilələrində müəyyən edilmiş öhdəliklərə uyğun fəaliyyət göstərməsidir. MOPAN bu istiqamətdə daha sıx koordinasiyanın vacibliyini vurğulayır. 4. Nəticələrin ölçülməsiSon olaraq, MOPAN GPE-nin sübuta əsaslanan təşkilat kimi tanınmasını müsbət qiymətləndirsə də nəticələrin izlənməsi və nümayiş etdirilməsini tövsiyə edir. Bu məqsədlə təhsil nəticələri üçün konkret hədəflərin müəyyənləşdirilməsi, təhsil islahatlarının irəliləyişinin müntəzəm monitorinqi və qrant göstəricilərinin standartlaşdırılması mühüm addımlar kimi təqdim olunur. Bu tədbirlər GPE-nin uğurlarının daha şəffaf şəkildə ölçülməsinə və dünya miqyasında paylaşılan öyrənmə proseslərinin gücləndirilməsinə kömək edəcək.Nəticə: MOPAN qiymətləndirməsi Qlobal Təhsil Tərəfdaşlığının qlobal təhsil sistemlərini transformasiya etməkdəki əsas rolunu bir daha təsdiqləyir. GPE sistemli dəyişiklikləri idarə etmək və hər kəs üçün bərabər və keyfiyyətli təhsilin təmin olunmasına yönəlmiş missiyasını uğurla reallaşdırmaq üçün daha əlverişli mövqedədir.Mənbə: Frigenti, L. (2025, January 16). Driving education transformation: Reflecting on the MOPAN evaluation. Global Partnership for Education. Retrieved from https://www.globalpartnership.org/blog/driving-education-transformation-reflecting-mopan-evaluation
Təhsil TV
Yüklənir
"Belə davam etsəniz bir ilə çökə bilərsiniz."
"Belə davam etsəniz bir ilə çökə bilərsiniz." Təhsil blogeri və kimya müəllimi Səkinə Həsənova “Elmin içindən” podkastının növbəti ...
24 yanvar, 11:00Yüklənir
Təhsil TV - Canlı yayım
24 yanvar, 09:39Yüklənir
Bizim beşyaşlılar xarici yaşıdlarından nə ilə fərqlənir?
Bizim beşyaşlılar xarici yaşıdlarından nə ilə fərqlənir. #TəhsilTV #EduAz #Beşyaşlılar #XariciYaşıdlar #İnkişafFərqləri.
23 yanvar, 20:30Yüklənir
"Təhsildə A-dan Z-yə": Uşaqlarda ən kritik yaş dövrü, nələri bilməliyik
"Təhsildə A-dan Z-yə": Uşaqlarda ən kritik yaş dövrü, nələri bilməliyik. Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva ...
23 yanvar, 19:30Pedaqoji işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərində dəyişiklik edilib – QƏRAR
"Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişiklik edilib."Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.Qərara əsasən, “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” yeni redaksiyada təsdiq edilib.Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar
Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır
Respublika fənn olimpiadalarının sualları açıqlandı
Bu müəllimlər güzəştli dövlət ipotekasından yararlana bilərlər
Dövlət müəssisələrində çalışanların maaşlarının yeni məbləği təsdiqlənib
Şagird dərsdə canlı yayım açdı, araşdırma başladı
Qəzetin PDF arxivi
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.