Azərbaycan təmsilçisi Şanxayda “Best of Nation” mükafatını qazandı
Azərbaycanlı iştirakçı Orxan Mustafayev “WorldSkills Shanghai 2026” beynəlxalq peşə bacarıqları yarışında Azərbaycanın “Best of Nation” mükafatına layiq görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “WorldSkills” təşkilatının yaydığı məlumata görə, müsabiqədə iştirak edən 68 ölkə və regionun hər birindən ən yüksək nəticə göstərən iştirakçıya “Best of Nation” medalı təqdim olunub. Mükafat iştirakçıların peşə bacarıqları və yüksək performansını əks etdirən nəticələrə görə verilib.
Azərbaycanı təmsil edən Orxan Mustafayev də bu mükafata layiq görülən iştirakçılar sırasında yer alıb. Mükafatlar “WorldSkills Champions Trust”ın üzvləri, gəncləri təmsil edən bacarıqlı peşəkarlar tərəfindən təqdim edilib.
Qeyd edək ki, “WorldSkills Shanghai 2026” 48-ci WorldSkills yarışıdır. Yarışda 68 ölkə və regiondan iştirakçılar müxtəlif peşə bacarıqları üzrə mübarizə aparıblar.




