AzTU-da tələbələr üçün məlumatlandırma sessiyası təşkil olunacaq
AzTU-da bakalavr tələbələri üçün "Almaniyada təqaüdlü təhsil fürsətləri" mövzusunda məlumatlandırma sessiyası təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.
Sessiya DAAD-nin (Alman Akademik Mübadilə Xidməti) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Klaudio Kasperl tərəfindən keçiriləcək.
Sessiya çərçivəsində tələbələrə:
Almaniyada magistratura səviyyəsində təqaüdlü təhsil imkanları;
Almaniyada Yay Məktəbi haqqında məlumat veriləcək.




